ARG Motors avtomobillərin texniki xidməti, yağ dəyişimi və keyfiyyətli avtomobil məhsullarının satışı sahəsində fəaliyyət göstərən etibarlı servis mərkəzidir. Müştərilərinə yüksək keyfiyyətli məhsullar və peşəkar xidmət təqdim edən şirkət avtomobillərin təhlükəsiz, etibarlı və uzunömürlü istismarını təmin etməyi hədəfləyir.
Servis mərkəzimizdə mühərrik yağlarının və transmissiya yağlarının dəyişdirilməsi, yağ və hava filtrlərinin yenilənməsi, antifriz və əyləc mayesinin dəyişdirilməsi, təkər təzyiqinin yoxlanılması, qapı mexanizmlərinin yağlanması, motorxananın yuyulması və faraların cilalanması kimi müxtəlif xidmətlər həyata keçirilir.
ARG Motors müştərilərinə bazarda özünü keyfiyyəti ilə təsdiq etmiş German Gold, North Sea Lubricants, Benzol və Myson Lube markalarının mühərrik yağları, transmissiya yağları, antifrizlər, əyləc mayeləri və digər avtomobil texniki mayelərini təqdim edir. Eyni zamanda servis mərkəzində Kapsen markalı avtomobil təkərlərinin satışı həyata keçirilir.
Avtomobilinizin rahatlığı və fərdi atmosferi üçün dünya üzrə tanınan Little Trees avtomobil ətriləri də müştərilərimizin ixtiyarına təqdim olunur.
Azərbaycan, Bakı şəhəri, Qara Qarayev - Əli Vəliyev küçəsi 8,6/ YAP binasının yaxınlığı
info@arggroup.azCopyright © 2025 ARG GROUP